Möhkəm ol, durma, əsgər! Sənə yaraşır ancaq rəşadətli bir zəfər!

08 Noyabr 2020 23:28    916 Baxış   
Möhkəm ol, durma, əsgər!  Sənə yaraşır ancaq rəşadətli bir zəfər!

Dominant.az
şair Elmar Hüseynovun Şuşanın düşmən tapdağından azad olunması münasibətilə yazdığı şeiri təqdim edir:


Salam, ƏSGƏR!

Salam! Necəsən, əsgər!

Ulu yurdum Şuşadan

Mənə bir xəbər göndər!

Mərd-igid övladlarım

Qovub, alçaq düşməni

Göstərirmi, de hünər?!

Orda hava necədir

Ağlayırmı de göylər -

Sevincindən bu səhər?!

Ay ulduzlu bayrağım

Dalğalanırmı, söylə

Ən uca zirvəsindən

Qalasından Şuşanın

Dayanmadan sərasər?!

Darıxbmı bizimçün

Qarabağın incisi

Mirvarisi, o dilbər?!

Rahat olubmu indi

Ruhu əsir Bülbülün?!

Minarəndən əzanın

Səsi gəldimi, Gövhər?

Möhkəm ol, durma, əsgər!

İrəli get, irəli!

Sənə yaraşır ancaq,

Qələbədən yoğrulan

Rəşadətli bir zəfər!


08.11.2020


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar