Mozambik Respublika Assambleyasının sədri ölkəmizə səfərə gəlib
Mozambik Respublika Assambleyasının sədri Margarida Talapa Azərbaycana işgüzar səfərə gəlib.
Dominant.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Respublika Assambleyasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.