Nazirlik aşağı nəticə göstərən tələbələrin yüksək bal almasına dair iddialara münasibət bildirib

17 Sentyabr 2021 11:50    121 Baxış   
Nazirlik aşağı nəticə göstərən tələbələrin yüksək bal almasına dair iddialara münasibət bildirib

Təhsil Nazirliyi pandemiya şəraitində keçirilən tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal alması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Dominant.az xəbər verir ki, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli 2-3 adama baxıb toplum haqqında fikir yürütməyin düzgün olmadığını qeyd edib.

Nazirlik rəsmisi əlavə edib ki, əllərində bununla bağlı hansısa ciddi faktlar yoxdur: "Ola bilsin qiymətlərdə hansısa dəyişiklik olub. Yaxud da dəyişikliyin mahiyyəti pandemiya şəraitinə görə tələbələrə edilən güzəştlərlə bağlıdır. Ona görə də ittiham etməmişdən əvvəl problemləri görməli, analiz etməli və çıxış yolları göstərməliyik. Müxtəlif dövlət qurumları da aidiyyəti məsələ ilə əlaqədar müvafiq araşdırmalara başlayıb. Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar