Nikaha qədərki münasibətlər, abort, boşanmalar, dağılan ailə dəyərləri

05 Oktyabr 2022 18:48    4238 Baxış   
Nikaha qədərki münasibətlər, abort, boşanmalar, dağılan ailə dəyərləri

Dominant.az psixoloq Sevinc Həbibovanın müsahibəsini təqdim edir.

-Sevinc xanım, hazırda ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda ailə instutunun deformasiyaya uğraması ilə bağlıdır. Bu problemin qarşısını necə almaq olar?

-Prezident İlham Əliyev Dünya Milli Liderlərinin ikinci sammitinin açılış mərasimində nitqində belə vurğulamışdı ki, Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli dəyərlər üzərində qurub. Ənənəvi dəyərlər bizim üçün sərvətdir. Çünki, biz görürük ki, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlər gözdən salınır. Bizim üçün yad olan milli təfəkkürümüzə uyğun olmayan yeni dəyərlər aşılanır. Biz özümüzü və xüsusi ilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Buna görə də, Prezident qeyd edib ki, ənənəvi dəyərlərin, yəni, ailə dəyərlərinin təbliğ edilməsi bizim hamımızın işi olmalıdır. Xalqımızın yaşaması üçün, öz mənliyini qoruması üçün ailə dəyərləri milli dəyərlər əvəzolunmaz rol oynayır. Hazırda dünyada ailə münasibətlərinə təsir göstərən amillər var. Həm iqtisadi vəziyyətin dəyişməsi, rəqəmsal sivilizasiyanın yaranmasının ailə modelinə təsiri, qlobal internet məkanında mənəvi əxlaqi qaydaların düzgün qoyulmaması, seksual azadlığın geniş yayılması, gender asmetriyası, həyatın müxtəlif sahələrində hər iki cinsin sosial və mədəni rollarının təbii təyinatı və sosial imkanlarına rəğmən qeyri münasibətlərin təmsil olunması bu istiqamətində geniş rol oynayır.

- Keçən il ölkədə, ümumilikdə 46 min 877 abort qeydə alınıb. Onlardan 24 min 420-si 15-29 yaşda olan gənc qadınlar olub. Bu, nədən xəbər verir və cəmiyyət üçün hansı mənfi təsirləri var?

-Nikaha qədərki münasibətlər, abort, boşanmalar, nikahdan kənar analıq, eynicinsli nigahların və s. alternativ birgəlik modellərinin təbliği hər zaman olduğu kimi, bu gün də ciddi məsələdir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən çox maraqlı bir layihə işlənib. Azərbaycanda mövcud ailə münasibətləri, sosial psixoloji təhlil və bu təhlil nəticəsində maraqlı rəy bildirilib. Yəni, ailədə olan ümumi vəziyyət haqqında məlumat verilib ki, ailə institutu, ailə və nigah münasibətlərinin cəmiyyətdə yeri, evliliyə, övladlara və ailə üzvlərinə münasibət vəzifə bölgüsü, ailəni iqtisadi qayğıları və problemləri ailə həyatının sosial mədəni fəaliyyət istiqaməti ailənin potensial problem stress mənbələri boşanmalara münasibət nədir? Ailədə valideyn və uşaq münasibətləri və s.və çox maraqlı həm tövsiyyələr verilib, həm də nəticələr hazırlanıb. Yəni, dövlət ailə münasibləri üzrə stragetiyanın hazırlanması gündəmdə duran ilk vəzifələrdəndir.

-15-19 yaşda rәsmi qeydә alınmamış nikahda olan qadınlar tәrәfindәn 2021-ci ildə isə 4547 uşaq dünyaya gəlib. Bu problemlərin qarşısını almaq üçün neyləmək lazımdır?

-Yeni milli failəyyət planı, Azərbaycan ailəsi, güclü ailə, güclü dövlət proqramları hazırlanmalıdır. Çünki bugünkü gündə həm boşanmalar, həm də qeyri-rəsmi nigahdan doğulan uşaqların sayı həddən artıq çoxalır və səbəb kimi xəyanət göstərilir. Nəticədə, məişət zorakılığı, intihar halları artır. Bununla bağlı Azərbaycanda ailələrə sosial psixoloji xidmət sahəsində dönüş yaradılmalıdır.

-Bəs, bu sahədə ilk addımlar nə ilə bağlı olmalıdır?

-Ölkədə ailə psixoloqu mütəxəssislərinin hazırlanması çox vacib məsələdir. Bununla intihar hallarının qarşısını ala, uşaqların psixi sağlamlığına diqqət yetirilə bilər. Ailələrdə stressin idarə olunması, zorakılığın azalması, bundan əlavə xüsusi proqramlar təşkil olunmalıdır. Sosial işçilər və psixoloqlar vasitəsi ilə ən qısa vaxta xüsusi kurslar təşkil olunmalıdır. Travmatik stress sindromu aşkar olunan insanlarla xüsusi ailə psixoloqları, psixoterapevtlər işləməlidir. Qeyd etmək yerinə düşər ki, respublikada artıq mediasiya xidməti işə başlıyıb. Yaxşı olardı ki, bu mediasiya daha da güclənsin və ailə mediasiya institutu açılsın. Yəni, Azərbaycanda ailə mediasiya institutu təşkil olunsun.

-Bu gün ən aktual mövzulardan biri də stressdir. Çünki sadaladığımız mövzular stresslə birbaşa əlaqələdir. Stressin mənfi və müsbət tərəfləri nədir?

-Stress haqqında danışarkən ilk öncə qeyd etmək lazımdır ki, stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Burada nə baş verir? Bu zaman beyinin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Burada da ürək döyüntüsü çoxalır, qan təzyiqi yüksəlir, əzələlərdə gərginlik yaranır. Stressli vəziyyət keçib getsə, bir o qədər də orqanizmin fəaliyyəti normallaşacaq. Biz hər zaman fikirləşirik ki, stress ancaq mənfi bir prosesdir. Amma stressin mənfi tərəfləri olduğu kimi, həm də müsbət tərəfləri var. Sözsüz ki, stress uzun sürərsə o qədər də insana ziyan gətirər. Nə qədər uzun şiddətli və ya xroniki vəziyyətə çevrilsə o insan orqanizminə zərər yetirə bilər. Ona görə, biz hər zaman hərəkətlərimizi və davranışlarımızı idarə etməliyik. Xroniki stressdən əziyyət çəkən insan hətta siqaretə meyilli olur və başqa zərərli vərdişlərə, depresiyaya qapıla bilər. Bundan əlavə, insanlarda tükənmə sindromuna gətirib çıxara bilər. Çünki stress bədənin bütün orqanlarına təsir edir.

-Stresslə necə mübarizə apara bilərik?

-Psixoloqlar insanlara nikbin olmağı, eyni zamanda bədbinlikdən uzaq durmağı təlqin etməlidir. Çünki bədbinlik stressin yüksək səviyyədə olmasına zəmanət verir. Qorxu, həyəcan və ümumiyyətlə qorxuya səbəb olan pis hadisələr, cizgi filmləri, kinolar və digər bənzər şeylərdən uzaq olmaq lazımdır. İdmanla məşğul olmalı, sağlam həyat tərzi keçirməliyik. Ümumiyyətlə, həyata başqa gözlə baxmalıyıq. Ondan əlavə, hər bir işə nizam-intizamla yanaşmalı, maksimalist olmamalıyıq. Hər zaman düşünməliyik ki, ağır gündən sonra yaxşı məqamlar da ola bilər. Bunun üçün də arabir həm gündəlik həyatımızı dəyişərkən pozitiv insanlarla rastlaşmalıyıq və dostluq etməliyik ki, onlardan müsbət enerji ala bilək. Böyük rus yazıçısı Lev Tolstoy deyib ki, “hər kəs dünyanı dəyişmək istəyir, ancaq özünü dəyişdirmək istəyən yoxdur”.
Araşdırmalar da göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizora baxır, əvəzində daha çox kitab oxuyur, gəzir və açıq havada daha çox vaxt keçirirlər.



Mərahim Nəsib


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar