"O baltanın duxu çatmadı"

31 Dekabr 2020 01:23    920 Baxış   
"O baltanın duxu çatmadı"

Böyükağa (Zəif) həyətlərindəki tut ağacının altında əyləşib çay içirdi. Sabah keçiriləcək Araz-Kotaik oyunun taktikasını cızırdı. Çox qayğılı idi. Çünki qonşusu “bakavoy” Həsənin (futbolda yan hakim idi) oğlu Cıbılı zədələnmişdi. Elə bu vaxt məhlə uşağı Qudan əlində balta qapını açdı. Zəif elə başa düşdü ki, Qudan erməni futbolçuları balta ilə qarşılamağa gəlib. Tez ayağa qalxıb onu başa salmağa çalışdı ki, narahat olma, biz oyunda qalib gələcəyik.

Qudan isə stolun üstündəki Sirabı kənara itələyib Kalbamusa çeşməsindən gələn sudan içib dinləndi.

- Ay Zəif. Kotaiklə oyunu özünüz bilərsiz. Mən o hayda deyiləm. Əsəbiyəm. Dünən mənə elçi gediblər. Qızın atası bizimkiləri geri qaytarıb.

Zəif bir anlığa fikirləşdi ki, bunluq nə iş ola bilər. Qudan baltanı göstərdi. Kişini qorxutmaq istədiyini dedi. Məsləhət gördü ki, qızın atası işdən çıxıb Böyük bağdan keçəndə qarşısını kəsəcək və sonda baltanı çıxarıb onu vurmaq istəyəndə Zəif araya girib qarşısını alsın.

Yola düzəldilər. Qudan baltanı Cəfərin dükanının yanından keçəndə belində gizlətdi. Çox keçmədi ki, ağsaqqal əlində torba görünməyə başladı. Zəif geniş gövdəli palıdın arxasına keçib gizləndi. Qudan kişinin qarşısını kəsdi.

Qudan əsəbi halda dilləndi: Qızı mənə niyə vermədin?

Şulan kişi sakit halda cavab verdi: Rədd ol. Mənim sənə verəcək qızım yoxdur.

Qudan belindəki baltanı çıxartdı. Bir az yuxarı qaldırdı. Zəif ağacın arxasında qəsdən çıxmadı. Qudan baltanı bir az da havaya qaldırdı ki, Zəif çıxıb qarşısını alsın. Zəif isə hələ də qəsdən gülə-gülə seyr edirdi. Şulan kişi isə sakit dayanmışdı. Qudan baltanı dartınaraq başı üzərindən arxaya çəkdi. Baltanın ağırlığından yıxılacağını görüb Zəif özünü araya atdı. "Qudan, aman günüdür vurma" - deyərək onu qucaqladı.

Bu zaman Şulan kişi sakit-sakit, "Zəif, özünü yorma, onda o .... yoxdur" - deyib getdi.

Qudan baltanı atıb Zəifin arxasınca düşdü. Zəif qaçaraq Qozman Əligilin evinə girdi.

Tahir Tahiroviç



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar