"Mücrü” nəşriyyatının elan etdiyi "Qarabağ Azərbaycandır” adlı qısa hekayə müsabiqəsinə yekun vurulub. Bir ay müddətində davam edən müsabiqəyə 300-ə yaxın hekayə təqdim edilib. Hekayələr münsiflər heyəti tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriblər. İlk beş yerin sahiblərinin diplomla və digər qiymətli hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub.
Dominant.az xəbər verir ki, müsabiqənin nəticələrinə görə, “10-1=0” hekayəsi ilə Hafis Abdullazadə 1-ci, “Can” hekayəsi ilə Ələsgər Əhməd 2-ci, üçüncü yerə isə “Arzu” hekayəsi ilə polis polkovnik-leytenantı Hafiz Təmirov layiq görülüb.
Qeyd edək ki, “Qarabağ Azərbaycandır” qısa hekayə müsabiqəsinə təqdim olunan hekayələr kitab şəklində çap olunub.
Hafiz Təmirovun Hacxalıl "Vətən" şeirini təqdim edirik:
Adına Vətən deyirik,
Bu, qaragözlü torpağın.
Uğrunda can veririk,
Bu, qaragözlü torpağın.
Ana deyib ağlayırıq,
İtirsək, yas saxlayırıq.
Öpürük, qucaqlayırıq.
Bu, qaragözlü torpağı.
Türk oğluyam, ordum odur.
Turan deyən qurdum odur.
Ölsəm, yenə yurdum odur.
Bu, qaragözlü torpağım.