Prezidentin yüksək vəzifə verdiyi eks-deputat oğlu kimdir - DOSYE

23 Dekabr 2021 18:18    766 Baxış   
Prezidentin yüksək vəzifə verdiyi eks-deputat oğlu kimdir -  DOSYE

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məmməd Aslan oğlu Abbasbəyli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.

Dominant.az-ın məlumatına görə, Məmməd Abbasbəyli sabiq deputat - I çağırış Milli Məclisinüzvü olmuş Aslan Abbasovun oğludur.

Məmməd Abbasbəyli bu təyinara kimi Azərbaycan Alpinizm Federasiyasının prezidenti vəzifəsini tutub. O, "Xəzər" Universitetini, ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur. Eyni zamanda New York Vəkillər Kollegiyasının üzvüdür.

Məmməd Abbasbəylinin digər qardaşı Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədridir.

Onların atası Aslan Abbasov Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisin I çağırış deputatı olub. Bundan başqa o, 1988–1992 illərdə Gəncə şəhər Kəpəz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Aslan Abbasov son olaraq Azərbaycan Texnologiya Universitetinin prorektoru idi.

Sabir deputat bu il uyunun 11-də 71 yaşında vəfat edib.

(modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar