Ramiz Mehdiyev plagiat direktoru vəzifəsindən uzaqlaşdırdı

20 Noyabr 2020 21:32    556 Baxış   
Ramiz Mehdiyev plagiat direktoru vəzifəsindən uzaqlaşdırdı

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Sevil Zülfüqarova vəzifəsindən azad olunub.

Dominant.az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında, Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində plagiat məqalələrinin yayımlanması məsələsi də müzakirə olunub. Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.


AMEA Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.

Qeyd edək ki, bir neçə gün öncə Plagiatla Mübarizə Könüllü Media Mərkəzi tərəfindən, MEK-in rəhbəri Sevil Zülfüqarovanın imzasıyla KİV-lərdə yayımlanmış plagiat məqalələr ifşa olunmuşdu. Plagiatla Mübarizə Könüllü Media Mərkəzinin araşdırması mediada yayımlandıqdan dərhal sonra AMEA-nın mətbuat xidmətindən bildirilmişdi ki, rəhbərliyin tapşırığına əsasən məsələ barədə dərhal araşdırmalara başlanılıb və plagiat faktı təsdiqini tapıb. Qeyd olunmuşdu ki, Sevil Zülfüqarovanın bu cür hərəkəti AMEA-nın nüfuzuna xələl gətirir.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar