Rayonlara gedənlərin nəzərinə: "COVID" pasportu tələb olunacaq

24 Sentyabr 2021 18:08    411 Baxış   
Rayonlara gedənlərin nəzərinə:  "COVID" pasportu tələb olunacaq

Rayonlara gedən sərnişinlərdən COVID-19 pasportu tələb olunacaq.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.


Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar