Rusiya bankları Xankəndində filiallarını açır?

23 Yanvar 2021 13:10    540 Baxış   
Rusiya bankları Xankəndində filiallarını açır?

Ermənistan banklarının Qarabağdakı şöbələri bağlanır.

Dominant.az xəbər verir ki, bu haqda işğalçı ölkənin bəzi teleqram-kanalları məlumat yayıb.

“Stepanakertdəki mənbələrimiz “Ameria” və “Ardşinbank”ın Qarabağdakı filiallarının bağlanması barədə məlumat verirlər. Söhbətin yalnız bu bankların filiallarının, yoxsa Qarabağdakı Ermənistan banklarının bütün filiallarının bağlanmasından getməsi hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, Rusiyanın "Vneştorqbank"(“VTB”) bankı yaxın vaxtlarda Qarabağın bank bazarına daxil olacaq"- yayılan xəbərdə belə deyilir.

Xatırladaq ki, Rusiyanın adı çəkilən bankı hələ 2008-ci ildə Azərbaycana müraciət etmədən erməni işğalı altındakı Xankəndində törəmə filialını açıb. Lakin Azərbaycan Milli(indi Mərkəzi) Bankının xəbərdarlığından sonra həmin filial bağlanıb və "VTB"-nin Azərbaycanın "AF Bank"-ının səhm nəzarət paketini almasına icazə verilib. Bu minvalla "VTB" Azərbaycan bank bazarına daxil olub, onun burada filialları açılıb və hazırda da uğurla fəliyyət göstərirlər...

P.S. Bu şəhərimizdə “Kapitalbank”ın, Beynəlxalq bankın filiallarının yeri görünür...

Sultan Laçın, Moderator.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar