Şənbə və bazar günü məktəblərdə dərs olacaq - RƏSMİ

04 May 2021 12:56    738 Baxış   
Şənbə və bazar günü məktəblərdə dərs olacaq -  RƏSMİ

Azərbaycanda mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) dərs günü olacaq.

Bunu dominant.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O əlavə edib ki, may ayının 8-i və 16-sı müəllim və şagirdlər üçün dərs günü olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

(Sfera.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar