"Şərq" İstehsalat Birliyində AzTU-nun kafedrasının filialı açılıb

20 May 2021 15:14    607 Baxış   
"Şərq" İstehsalat Birliyində AzTU-nun kafedrasının filialı açılıb

Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb. Məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir.

Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və hər iki tərəfdən nümayəndələr iştirak edib.

Qeyd edək ki, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı 4 otaqdan ibarətdir. Tələbələr kafedranın filialında ixtisasa uyğun tədris edilən fənnin nəzəri hissəsini mənimsədikdən sonra müəssisədə təcrübə keçəcək.

Filialın gələcəkdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərəcəyi nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar