Qarabağdakı 44 günlük döyüşlər zamanı məhv edilən daha bir erməni əsgərin cəsədinin qalıqları tapılaraq, qarşı tərəfə təhvil verilib.
Dominant.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Məlumata görə, cəsəd qalıqları Tərtərin Suqovuşan qəsəbəsi ərazisində aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 700-ə çatıb.
(Modern.az)