Tanınmış teatrşünasın yeni kitabı nəşr olundu

03 Fevral 2021 13:46    3576 Baxış   
 Tanınmış teatrşünasın yeni kitabı nəşr olundu

Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin “Xalq şairi olmayan xalqın şairi” adlı yeni ktabı nəşr olunub.

Dominant.az xəbər verir ki, kitab şair, dramaturq Novruz Gəncəlinin 100 illik yubileyi ərəfəsində onun həyat və yaradıcılığını özündə əks etdirir.

Kitabda şairin yaradıcılığı və eləcə də fəaliyyəti geniş şəkildə işıqlandırılmaqla təhlil olunur. Bununla yanaşı Novruz Gəncəlinin həyat məziyyətləri geniş bir aspektdə işıqlandırılmaqla monoqrafiyada toplanan materiallar teatrşünasların, eləcə də sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər.

Kitabın elmi redaktoru, fəlsəfə doktoru İmran Axundov, redaktoru isə Sailə Məhərrəmqızıdır.

Yaxın günlərdə elmi monoqrafiyanın elektron variantı geniş oxucu kütləsinin diqqətinə təqdim olunacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar