Təhsil naziri: “Dərsliklər dəyişdiriləcək”

18 Noyabr 2020 12:24    442 Baxış   
 Təhsil naziri: “Dərsliklər dəyişdiriləcək”
“Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq. Burada təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək”.

Dominant.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında açıqlama verib.

Nazir bildirib ki, ilk istiqamət dərsliklərin mahiyyəti və əhval-ruhiyyəsi məsələsidir:

“Bu günə kimi təhsilimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib”.

E.Əmrullayev qısa müddətdə ərzində Vətən Müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılacağını söyləyib. Növbəti yarımildə bununla bağlı məzmunda dəyişiklik ediləcək.

“Dərsliklərdə torpaqlarımızın işğal olunma və işğaldan azad olunma tarixləri və dövlətimizin uğurlarını hər kəsə çatdırmalıyıq”, - deyə o qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar