“Təyyarə bileti” - Tahir Tahiroviç yazır

26 May 2021 14:47    12456 Baxış   
“Təyyarə bileti” -  Tahir Tahiroviç yazır

1990-ci illərin əvvəllərində, ara qarışan vaxtlar Naxçıvandan Bakıya gəlmək problem idi. Qatar gah işləyirdi, gah işləmirdi. Ümid yalnız aeroporta dikəlmişdi. Naxçıvana “ЯК-40” təyyarəsi uçurdu. Cəmi 27 sərnişin tutumu vardı. Heç normal ölçülü adam o təyyarənin oturacağında otura bilmirdi.

Azərbaycanın çox tanınmış hökumət adamı vardı – Qarabba müəllim. Təxminən 170 kq çəkisi olardı. Görünüşü elə təsəvvür yaradırdı ki, sanki QAZ -21 maşınını ayaq üstə qoymusan. Bədənində düz yeri yox idi. Çox səviyyəli, həm də hörmətli bir adam idi.
Aeroportda milis işləyən Qoçu Əkbər adlı biri də var idi. Qarabba müəllim ona 100 rubl pul verib deyir ki,
-“Mənə sabaha bilet al, qalanını da qoyarsan cibinə". Bilet də 27 rubl idi. Qoçu Əkbər həmin gün 73 manat qabağa düşür. Lakin, bir az da qabağa düşmək üçün o 27 rubla da tamah salır. Gedib Qarabba müəllimə uşaq bileti alır. Fikirləşir ki, Qarabba müəllimdi də, ona kim nə deyəcək ki, biletinə kim baxacaq ki... Uşaq bileti isə 9 manat idi. Lakin o, bu dəfə də tamahına sahib çıxa bilmir, qalan 18 manata da göz qoyur. Təyyarənin uçmağına 1 saat qalmış Qoçu Əkbər gedib o uşaq biletini də qaytarır, əvəzinə başqa bilet alır.
Uçuş vaxtı gəlir. Qoçu Əkbər aeroportun işçilərinə deyir ki, - “Gedim Qarabba müəllimi yola salım”. İşçilər deyir ki, - “Ay Əkbər, sən axı Qarabba müəllimə uşaq bileti almısan, bunun axırı necə olacaq?” Əkbər cavabında deyir ki, -“Narahat olmayın, stüardesa ona fikir verməyəcək.”
Təyyarə artıq zolağındadır. O vaxt belə idi ki, sərnişinlər təyyarəyə piyada gedirdilər. Bu vaxt Qaz-24 zolağa yaxınlaşıb dayanır, Qarabba müəllim maşından düşür, yaxınlaşır stüardesaya. Ətrafda hamı onun salamlayır. Qoçu Əkbərin yanında pasportunu və biletini stüardesaya uzadır. Stüardesa baxıb deyir: “Qarabba müəllim, axı sizin bilet tam bilet deyil, uşaq biletidi.” Əkbər nazirin arxasından stüardessaya göz edir ki, bu kişi yuxarıdanddır, artıq danışmasın. Qarabba müəllim təəccüblə : "Necə yeni?” - deyib dönüb Əkbərə baxır. Əkbər and-aman edir ki, xəbərim yoxdu. Stüardesa deyir : "Uşaq bileti də otura bilər, məsələ o deyil, sizdə 6 manatlıq uşaq biletdir. Yəni, qaydalara görə siz kiminsə qucağında getməlisiz". Qarababa müəllim Əkbərə tərəf dönüb əl-qolunu uzada-uzada söyur, “alcaq, şərəfsiz adamsan” deyir. Əkbər də eyni cür əl hərəkətləriylə başlayır and aman eləməyə ki, bilməmişəm, qələt eləmişəm. Bunların bu dioloqunu kənardan aeroport işçiləri seyr edirdi.
Qarababa müəllim bir təhər təyyarəyə minir, uşaq biletinin üstündə əlavə 100 rubl da verib keçir içəri. Təyyarə qalxır. Əkbər gəlir aeroport işçilərinin yanına. Ondan soruşurlar ki, "Qarababa müəllim səni çox pis təhqir elədi?” Deyir: “Siz nə danışırsız, o dedi “alçaqsan”, mən də dedim “alçaq özünsən”, o dedi “şərəfsizsən”, mən də dedim “şərəfsiz özünsən”. Sən demə, Qoçu Əkbər, Qarababa onu söyəndə etdiyi əl hərəkətlərini qəsdən təkrarlayırmış ki, aeroport işçilərinin yanında söyüş altında qalmış kimi görünməsin...
Təyarənin sərnişinləri arasında İncə Əsgər, Taran və Qozman Əli də var idi. Bunu təyyarənin əziyyətlə göyə qalxmağından hiss etmək olardı. Amma heç kim bilmədi ki, Qarababa müəllim öz yerində əyləşdi ya yox….



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar