“Ya bitirməliyik, ya da bitməliyik” - Xalq müharibə tələb edir!

13 İyul 2020 09:06    8860 Baxış   
“Ya bitirməliyik, ya da bitməliyik” -   Xalq müharibə tələb edir!
Dünəndən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb.

Baş vermiş hadisə illərdir aktual olaraq qalmaqda davam edən müharibə mövzusunu yenidən gündəmə gətirib. Bir sıra vətəndaşlarımız düşünürlər ki, məqam düşmüşkən, müharibəyə başlamalıyıq, Qarabağı işğaldan azad etməliyik.

Maraqlıdır, bu gecəki döyüşdən sonra insanlarımız necə düşünür? Döyüş əmri verilərsə, savaşa hazır hiss edirlərmi özlərini? Ümumiyyətlə, müharibə olsunmu? Əgə müharibəyə başlasaq, qalib gəlmək şansımız nə qədərdir?

Dominant.az-ın bu suallarına cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdik. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Elmar Hüseynov: “Torpaqlarımızı düşməndən azad etmək üçün hər dəqiqə hazıram. Şəhidlik zirvəsi qürurdur. Kaş ki, şəhid ola bilək bu Vətən uğrunda!”

Faiq Məcidov: “Bəli hazırıq. Hər gun şəhid xəbəri gəlir, bir gün bunun sonu olmalıdı, başqa cıxış yolu yoxdu. Müharibə olsun”.

Leyla Abdullayeva: “Müharibə olsun. Bitsin artıq bu çilə, bu göz yaşı. Niyə də bacarmayaq. Əsas odur ki, birlikdəyik”.

Əntiqə Rəşid: “Mən anayam. Adətən analar müharibə arzulamırlar. Amma mən bəlkə də, atəşkəs sazişi bağlanandan müharibə tərəfdarı olmuşam. Atam qardaşım müharibənin qurbanlarıdı. Oğlum var, həyat yoldaşım 2-ci qrup Qarabağ əlilidir. Lazım gəlsə, Qarabağıma oğlum da, ərim də qurban olsun. Canım da qurbandı! Təki erməni töhmətində qalmasın xalqım. Təki erməni tapdağında qalmasın torpağım!”

İltifat Sultanov: “Mən Murov əsgəriyəm, atışma, döyüş, yaralanmaq və şaxtada botinkada ayağın don vurması nədir bilirəm. Özüm də həqiqətən snayperəm. Murovu qarış-qarış gəzmişəm, ərazini bilirəm. O vaxtdan təbii ki, illər keçib, yaş, çəki dəyişib. Amma həqiqətən sevinclə gedərəm döyüşməyə”.

Səxavət Məmməd: “Açığı apteçkamı 1 həftə əvvəl yığmışdım, iş üçün lazım olan hər şeyi yeniləmişdim. Gözləyirdim. Ancaq Tovuz istiqamətində yox. İl ildən pis gəlir. Müharibə qaçınılmazdır. Olacaqsa, elə bizim dövrümüzdə olsun və bitsin. Aprel kimi bəlli tapşırıq yerinə yetirmək yox, geniş miqyaslı əməliyyatlar olsun. Şoyqudan gələn zənglərə cavab verməsələr və içimizdəki bəlli qüvvələri zərərsizləşdirsələr, bəli, qalib gələcəyik. Buna həm silah-sursat, hə şəxsi heyət sayı imkan verir”.

Mahir Xəttab: “Artıq maharibədən başqa yol qalmayıb. Sülh adı altında, demək olar ki, hər gün bir əsgər şəhid veririk. Bunun tək çarəsi müharibədir. O ki qaldı qalib gəlməyə, əlbəttə ki, Rusiya müdaxilə etməsə, biz qalib gələcəyik. Amma müharibədən əvvəl maksimum dərəcədə hazırlıqlı olmalıyıq. Müharibə olarsa, hər birimiz orada olmalı, torpaq uğrunda birlikdə mübarizə aparmalıyıq”.

Rahim Muradov: “Mən də döyüş bölgəsində xidmət eləmişəm, orada ermənilərin nə qədər qorxaq olduqlarına şəxsən əmin olmuşam. Təbii ki, müharibə olsun! Çünki bu qədər şəhidlərimizin qanı alınmalıdır. Müharibəsiz bu məsələ öz həllini tapmayacaq. Ordumuzun gücü nəinki Qarabağdan işğalçı qüvvələri qovmağa çatar, hətta biz İrəvana gedib ermənilərə məğlubiyyət paktını da imzalatdıra bilərik!”

Vüsal Məmmədov: “Bu qisas balalarımıza qalmasın, indi olsun. Bundan gözel fürsət olmayacaq”.

Elçin Əfəndi: “Bəli. Müharibəyə acıq artıq. Amma çox təəssüf ki, bu vəziyyət müharibə vəziyyəti olsa da, sadəcə daha çox təxribat xarakteri daşıyır. Müharibə üçün Ali Baş Komandan sadəcə hücum əmri verməlidir. Düşünürəm ki, bu əmr olsa, hər birimiz döyüşə atılacağıq”.

Elvin Ağayev: “Aprel döyüşlərində bizi Ağdamdan geri qaytardılar. Müharibə yoxdu deyə. Yüzlərlə qardaşlarımız vardı orda. İnsallah bu dəfə elə olmaz”.

Samir Feyruzov: “Qarabağ problemi həm müharibə, həm də sülhlə həll olunmalıdır. Düşmənlə döyüşərək onu sülhə məcbur etmək lazımdır. İşğalçı dövlət müharibə ilə aldığı torpağı sülhlə geri qaytarmır. Əgər müharibə edib onu zəiflətsək, məcburən sülh masasına oturacaq. Və istənilən şərtimizi qəbul etdirə biləcəyik. Ortada xeyli bu cür nümunələr var. Artıq Qarabağ danışıqları nəticə vermir, siyasət yerimir. Siyasətin zorla davamı isə bizim haqlı müharibəmizdir. Azərbaycanın hərbi potensialı müharibə etməyə imkan verir. Üstəgəl, uzun illərdir ağır stress və sosial problemlər məngənəsində sıxılan xalqımızın bu gün yüksək vətənpərvərlik nümayiş etdirməsi, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəsin müharibəyə köklənməsi ümidvericidir. Uzun illər Rusiyanın xalqımızın mübarizə əzminin qırılmasına yönəlmiş bütün layihələri, xərclənən pulları səmərə vermədi. Lakin müharibə etmək üçün təkcə ordu və xalqın istəyi bəs eləmir. Öncə vahid dövlət idarəçiliyi formalaşmalıdır, ideoloji konsepsiya hazırlanmalıdır, orduda təmizləmə işləri aparılmalıdır, bəzi beynəlxalq təşkilatlardakı öhdəliklərə yenidən baxılmalıdır, dünyanın nəhəng neft şirkətləri ilə bağlanan müavilələr yenidən nəzərdən keçirilməlidir, bir hissəsi ləğv olunmalıdır, media və ictimai təşkilatlar tam şəkildə dövlət himayəsinə alınmalıdır. Müasir dünyada müharibə artıq iki dövlətin məsələsi deyil, regional, strateji məsələlər var ortada. Bu gün regionda baş verənlər bütün dünyaya, dünyada baş verənlər də regiona təsirsiz ötüşmür. Biz bu məsələləri əslində çoxdan həll etməli idik. Sadəcə vaxt itirmişik. Əgər bir münaqişə 1 qərinə uzanıbsa, qısa müddət sonra bu münaqişə dondurula bilər. Bizə isə, bu lazım deyil. ATƏT-in Minsk qrupunun 11 üzvü və 3 daimi üzvlərlə yekun qərarla çıxış etmək lazımdır. Orduda müqaviləli xidmət (MAXE-ni nəzərdə tutmuram) yaradılmalıdır, yüksək maaşla... Bütün bunları çox qısa müddətə həyata keçirmək mümkündür. Aprel döyüşləri göstərdi ki, xeyli boşluqlar var, aradan qaldırılmalıdır”.

Samir Zeynalov: “Müharibə etmək təşəbbüsü, müharibəyə hazır olmaq imkanından daha vacibdir. O təşəbbüs ki, hələ Azərbaycan hakimiyyətində yoxdur, ona görə də müharibəyə hazır olub-olmamağın heç bir əhəmiyyəti yoxdur. Siyasi manevr və məqsədlərə hesablanmış epizodik silahlı toqquşmaları isə müharibə adlandırmaq düzgün olmaz. Ən böyük və arzuedilməz problem də budur ki, Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs sazişindən sonra tərəflər arasında yalnız rəsmi Kremlin maraqlarına xidmət edən epizodik silahlı toqquşmalar olub. Hökumətin Qarabağla bağlı siyasəti çoxdan iflasa uğrayıb və Qarabağ kartı daha çox daxil qarşıdurmalar, sosial-iqtisadi problemlər və Rusiyanın geosiyası maraqlarının təmini fonunda istifadə edilir. Nümunə kimi 2016-cı ilin hərbi əməliyyatlarını göstərmək olar. Həmin tarixi ərəfədə daxildə neftin qiymətinin aşağı düşməsi nəticəsində artan sosial-iqtisadi problemlər hər kəsə məlumdur. Odur ki, Qarabağın düşmən tapdağından azad edilməsi gerçəkliyi, yalnız Azərbaycan xalqının milli iradəsindən aslıdır”.

Həbibə Abdulla: “Aprel hadisələri zamanı Səbuhi hərbi komissarlığa getdi, koordinatlarını yenilədi ki, birdən axtarılaram. İndi yenə hadisələr başlayandan deyir ki, “əgər vəziyyət ciddiləşsə könüllü gedəcəm, çağırış gözləməyəcəm”. Bu gün xəbər çıxanda da bacım oğlu və dostu ilə bir yerdəydik, hər ikisi dedi, “gedəcəm, müharibə başlasa, çağırış gözləməyəcəm”. II qrup Qarabağ əlili olan qardaşım, 74 yaşlı zabit atam da deyirlər, müharibə başlasa gedəcəklər. Hətta 7 yaşlı qızım Nərgiz atasına deyir ki, “sən gedib erməni öldürüb şəhid olsan, mən sənin adını uca tutaram hər zaman”. Deməli, bu xalqın əzmi, döyüş ruhu, vətənpərvərliyi qətiyyən sarsılmayıb. İndiyədək yaradılan mif artıq mənim üçün dağılıb. Xalq müharibə istəyir. Kişilər döyüş istəyir. Müharibə elan olunsa, çox tez bir müddətdə böyük qələbələr qazanacağımız mütləqdir. Bizim rayonun xeyli gənci yığışıb Ağdam tərəfə toplaşıblar ki, biz də döyüşmək istəyirik. Təbii ki, ordumuz güclüdür, yetərincə qüvvəsi var, amma çox şükür mülki vətəndaşlarımızda da ruh yüksəkliyi yüksək səviyyədədir!”

Maya Quliyeva: Atadan balaya mal-dövlət, ən azından bir həyət və ad-san miras qalar. Müharibə yox. Müharibəni balalarımızın gələcəyi üçün ya biz bitirməliyik, ya biz bitməliyik...”

Gülnara Hüseynova: “Bu 30 ildə hamımıza silah tutmağı öyrədilməliydi. Ruhən müharibəyə hazırıq! Qalibiyyət bizimdir!”

Təbib Tağızadə: “Birmənalı olaraq torpaqlarımızı müharibə yolu ilə almalıyıq. Ya Qarabağ, Ya Ölüm!”

Şərafət Şəfa: “Bizim güclü ordumuz, rəşadətli, şir ürəkli oğul-qızlarımız var. Hər bir halda müharibə qaçılmazdı. Quran oxumaqla donuz darıdan çıxmaz. Qovub çıxarmalıyıq! Olsun! Birdəfəlik bitsin! Öldürməyə də, VƏTƏN üçün, ölməyə də hazırıq! Gələcək nəsillər ittihamçı olacaq! Əmanəti qaytarmalıyıq! Torpaqdan pay oımaz!”

Ağanisə Sultan: “Ermənilərin saytlarını oxuyuram. Bütün xəbərləri, şəhidlərimizin fotolarını, adlarını yazıblar. Şəhilərimiz ələ salınır, təhqir olunur. Biz birdəfəlik müharibə elan edib, heç kimin yardımı olmadan ya torpaqlarımızı geri almalıyıq, ya da millət olaraq yox olmalıyıq. Hər ay bir neçə kasıb, yoxsul ailənin övladları Şəhid olur. Nəyə görə, nyin naminə, bəlkə bir rayonumuzu işğaldan azad etmişik. Vətənin, torpağın cəfasını yoxsul çəksin, səfasını da zənginlər”.

Elxan Şükürlü: “Biz hazırıq, VƏTƏN! Bizi vaxtından qabaq təxribata çəkib, həm sərhədlərimizdə, həm də içdə qarışıqlıq yaratmaq istəyən bütün düşmən güclərə bu gün verəcəyimiz tək bir cavab var: savaş istəyirsinizsə - onu mütləq alacaq, ölüm istəyirsinizsə - onu mütləq dadacaqsınız! Əmin olun, bu millətin bu mundiri daşıyan övladları bir gün bu üçrəngli, ay-ulduzlu Bayrağı təkcə Qarabağda yox, bizim olan bütün torpaqlarda, o cümlədən İrəvanda dalğalandıracaq, azan səsini, “Allahu Əkbər!” sədalarını o torpaqlarda ən gözəl nəğməyə, ən gözəl ritmə çevirəcəklər! Bu savaş Haqq Savaşı, İman Davası, Qeyrət İmtahanı, Ləyaqət meydanıdır! Bu savaşda şəhidlik isə ən böyük Allah mükafatı! Yolunuz yolumuz, qisasınız andımız, mükafatımız Allahdan olsun, Şəhidim!

Arzu Umut: “Müharibə olsun, soruşmaq belə düzgün deyil. Olmalıdır. Vacibdir. Niyə iki gündən bir şəhid verməliyik. Güya atəşkəsdi. 28 il torpaq verməyən erməni indi verəcək. Deyir, torpaq qanla qazanılır, düz deyirlər. Qanlarına boğmalıyıq. Ordumuz əzəmətlidi. Mənim yoldaşım Türkiyə qazisidi. Deyir, durduğumuz qəbahətdi. Torpağımızı almalıyıq”.

Dominant.az

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar