Yorğunluq həm də intihar kimidir - VİDEO

05 Yanvar 2021 10:36    969 Baxış   
Yorğunluq həm də intihar kimidir -  VİDEO

Ədəbiyyat hər şeyi ifadə edə bilmiş, bircə yorğunluq ona naməlum gəlmişdi.

İnsan yorular amma təsvirə çəkə bilməz. Hətta elə şeylərdən yorular ki, onu heç özü də aydın təsəvvür edə bilməz. Yorğunluq hər bir təcrübənin sonunda başlayar. O bəzən insan ruhunun tragediya üzərində qazandığı anlamsız zəfərdən sonra da yaranar.

İnsan sevməkdən yorular, anlamaqdan, açıqlamaqdan, öyrənib, öyrətməkdən yorular. İnsan sözdən, mənzərədən, hiss etməkdən, inanmaqdan yorular. İnsan yorulanda dəyişər. Bir az buza oxşadar özünü, bir az da sürətli küləklərin ortasında qalmış çinar ağacına. Yorğunluq arzulamadığın ssenarinin aktyoru olmaq kimidir hərdən.

Yorğunluq həm də intihar kimidir. Ruhunu arzularına bağlayan damarı kəsmək kimi bir intihar. O, qoca və püxtələşmiş cərrah kimidir. Önündə ürəklər doğraq-doğraq olsa da soyuq baxan bir cərrah. O, dünyanı dəyişə biləcək adamlara verilən ən sərt cəzadır. Yorğunluq ağır bir savaşdır. İnsanın özü ilə olan savaşıdır. Qalibi və məğlubu eyni tərəf olan absurd bir savaş.

Yorğunluq hansı dodağa oturacağını bilməyən və içində göz yaşı dadında bir dad daşıyan öpüşdür. Yorğunluq nə ədəbiyyatın işidir nə də ki, fəlsəfənin. Görünməz, rəngsiz və unudulandır. Bu yazı kimi, mənim kimi, sənin kimi və elə insan kimi.



Mətnin müəllifi: Yaşar Shekari
Hazırladı və səsləndirdi: Röya İsrafilova.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar