Yumoristik videoları ilə gündəmə gələn blogerə vəzifə verilib

22 Sentyabr 2020 15:29    703 Baxış   
Yumoristik videoları ilə gündəmə gələn blogerə vəzifə verilib
Pandemiya dövründə dublyajları, yumoristik videoları ilə gündəmə gələn Ərtoğrul Kamalova vəzifə verilib.

Dominant.az xəbər verir ki, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyev avqustun 15-də Operativ Qərargahın brifinqində Ərtoğrul Kamalovun fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd etmiş və onu Prezident Administrasiyasına (PA) görüşə dəvət etmişdi.

Daha sonra Ə.Kamalovun Azərbaycan Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşü baş tutmuşdu.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar