Naxçıvanda qəza olub - xəsarət alanlar var

04:10    25 Baxış   
Naxçıvanda qəza olub  - xəsarət alanlar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Dominant.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Şıxmahmud kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “71-BB-807” və “67-BF-127” dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Amid Cəfərov və İsgəndər Hüseynov xəsarət alıblar

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakta araşdırılır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar