Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

01:19    31 Baxış   
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
Bu gün Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ildönümüdür.

Dominant.az xəbər verir ki, 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən bir mesaj oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərdə yeni mərhələnin əsasını qoydu.

Bəyannamə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrinin bütün sahələrini əhatə edir. Məlumdur ki, ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Eyni zamanda Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.

Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycan Respyblikasının Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini daha da gücləndirən, regionda yeni geosiyasi reallıqları nəzərə alan tarixi sənəddir. Bu bəyannamə iki qardaş ölkənin ortaq maraqlarını, təhlükəsizlik və inkişaf məqsədlərini özündə əks etdirməklə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasına da mühüm töhfə verir. Şuşa Bəyannaməsi gələcək nəsillər üçün Azərbaycan-Türkiyə dostluğunun və müttəfiqliyinin ən mühüm siyasi sənədlərindən biri kimi tarixdə qalacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar