İsrail bu ölkə ilə müharibəni davam etdirəcək

11:46    32 Baxış   
İsrail bu ölkə ilə müharibəni davam etdirəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampa ölkəsinin qoşunlarını Livandan çıxarmayacağını bildirib.

Dominant.az xəbər verir ki, bu barədə "Ynet" portalı İsraildəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, B.Netanyahu İsrailin ABŞ və İran arasındakı razılaşmada yer alan "Livan bəndini" yerinə yetirmək öhdəliyinin olmadığını vurğulayıb:

"Hökumət başçısı aydın şəkildə ifadə edib ki, SAXAL hazırda Livanda tutduğu mövqelərdə qalacaq. O, həmçinin terror infrastrukturunun məhv edilməsi və İsrailə qarşı hər hansı hücuma cavab verilməsi də daxil olmaqla, "Hizbullah" hərəkatından gələn təhdidlərə qarşı əməliyyatları davam etdirəcəklərini diqqətə çatdırıb".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar