“Yunanıstanın Rusiya və Çinin peyvəndlərini tanımasına təəssüflənirik"

11 İyul 2021 20:48    458 Baxış   
“Yunanıstanın Rusiya və Çinin peyvəndlərini tanımasına təəssüflənirik"

Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri qəbul edən sərnişinləri öz ərazilərinə buraxdığına görə təəssüfləndiyini bildirib.

Dominant.az bu barədə "TASS"a istinadən xəbər verir.

O deyib ki, Yunanıstanı qınamırıq, ancaq Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tuturuq.

"Yunanıstanın digər peyvəndləri vurduran insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil, Avropa ölkələri üçün ümumi mövqe var. Fransa da daxil olmaqla əksər Avropa ölkələri yalnız dörd peyvəndi tanıyırlar. Fərqli bir mövqedə olan yalnız üç ölkə var", - Bon vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar