Ağdamda mina partladı - Yolçəkənlər ağır yaralandı

08 Oktyabr 2022 20:10    1123 Baxış   
Ağdamda mina partladı -  Yolçəkənlər ağır yaralandı

Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayışı baş verib.

Dominant.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin məlumatına görə, mina partlayışı nəticəsində Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu və 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin ikisinin - Ramin Əliyev və Pərviz Nəcəfovun bir ayağı diz nahiyəsindən amputasiya edilib. Səxavət Abdulxalıqovun isə sağ əlindən yüngül xəsarət aldığı bildirilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar