Azərbaycan Ermənistanı sülh masasına oturtmaq üzrədir

09 Aprelel 2022 14:52    1095 Baxış   
Azərbaycan Ermənistanı sülh masasına oturtmaq üzrədir

“30 illik münaqişənin həllini böyük ölçüdə savaşla həll etmiş Azərbaycan Ermənistanı sülh masasına oturtmaq üzərədir. Avropanın keçən ilin dekabırından başlayaraq, ölçülü şəkildə, qıcıqlandırmadan Rusiyanı vasitəçilik missiyasından uzaqlaşdırmaq və təşəbbüsü ələ almaq cəhdləri ümidvericidir”.

Bunu Dominant.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

Onun fikrincə, Avropa İttifaqının vasitəçiliyi Azərbaycanın xeyrinədir: “Bu platformada Ermənistanın sıxışdırılması daha asan olacaq. Belə ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan problemi ilə bağlı əsas məqsədləri iqtisadi maraqlardır. Bu, Azərbaycanın xeyrinədir. Çünki Azərbaycan iqtisadi üstünlüyə malikdir. İkincisi, Rusiyanın qismən də olsa, məsələdən kənarda qalması Paşinyana sül müqaviləsi istiqamətində daha cəsarətli addımlar atmağa imkan verəcək”.


Anar Əsədli qeyd edib ki, bəyanatda Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur: “Bu, görüşdə Azərbaycanın xarici siyasət prioritetlərinin əsas götürüldüyündən xəbər verir. Bəyanatda Rusiyanın vasitəçiliyinə dair fikirlərin yer alması, yəni Rusiyanın iştirakı ilə imzalanan üstərəfli bəyanatların icrasının vacibliyinin vurğulanması yerində atılan addımdır. Bu, bir növ rus aqressiyasının, Kremlin qısqanclığının qarşısını almağa hesablanmış addım kimi də anlaşıla bilər.

Həmçinin birgə sərhəd komissiyasının aprel ayının sonuna kimi yaradılması, Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi, gələcək sülh müqaviləsinin işlənib-hazırlanması üçün bütün zəruri məsələlərin həll olunmasının xarici işlər nazirlərinə tapşırılması prosesin ümidverici olduğunu göstərir. Qeyd edim ki, bu görüşdən sonra verilən bəyanat Sülh müqaviləsilə bağlı məlumatın yer aldığı Əliyev-Paşinyan görüşünə aid ilk bəyanatdır”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar