Azərbaycan millisi Fransaya məğlub oldu

07 Sentyabr 2020 23:15    1016 Baxış   
Azərbaycan millisi Fransaya məğlub oldu
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Dominant.az xəbər verir ki, 2-ci qrupda yer alan Milan Obradoviçin komandası Fransa yığması ilə qarşılaşıb.
Sumqayıtda "Kapital Bank Arena" stadionunda keçirilən görüşdə millimiz 1:2 hesabı ilə məğlub olub.

Qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi 7 oyundan sonra 6 xalla 5-ci pillədə yer alır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar