Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"ı məğlub edib

20 Sentyabr 2021 21:07    2215 Baxış   
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. "Report"un məlumatına görə, turun son oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azərsun Arena"da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qolu Filip Ozobiç vurub. Azərbaycan millisinin yarımmüdafiəçisi əvvəlcə 42-ci dəqiqədə penaltidən fərqlənib. 30 yaşlı futbolçu görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə isə son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Qarabağ" "Qəbələ" ilə 1-2-ci yerləri bölüşdürür. "Sumqayıt" isə 6 xalla 5-ci sıradadır.

Qeyd edək ki, IV turun ilk oyun günündə "Qəbələ" evdə "Səbail"i 5:0 hesabı ilə darmadağın edib, "Zirə" "Sabah"la sülh bağlayıb - 1:1. Ötən gün baş tutan matçda isə "Neftçi" "Keşlə"nin qapısından 3 cavabsız top keçirib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar