Azərbaycan və Ukraynanın qadın şahmatçıları qarşılaşacaqlar

09 İyul 2020 20:41    704 Baxış   
Azərbaycan və Ukraynanın qadın şahmatçıları qarşılaşacaqlar
Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək.

Dominant.az xəbər verir ki, yarışda hər ölkədən 10 şahmatçı mübarizə aparacaq.

Ölkəmizi turnirdə Günay Məmmədzadə, Günay Məmmədova, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.

Turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.

Ümumilikdə 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti - SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığıyla baş tutacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar