Azərbaycanda dövlət qeydiyyatına alınmayan məhsulların dövriyyəsi qadağan edilir

05 Oktyabr 2021 11:00    1113 Baxış   
Azərbaycanda dövlət qeydiyyatına alınmayan məhsulların dövriyyəsi  qadağan edilir

Azərbaycanda dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağan edilir.

Dominant.az "Report"a istinadən xəbər verir ki, bu, yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, məhsulların dövlət qeydiyyatının aparılmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Məhsulların qeydiyyatının aparılması məqsədi ilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqinin aparılması üçün qida biznesi subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar