Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək klublar məlum olub

26 İyun 2020 14:54    557 Baxış   
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək klublar məlum olub
UEFA Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların adları ilə bağlı AFFA İcraiyyə Komitəsinin qərarına ilk təsdiq cavabı verib.

Dominant.az xəbər verir ki, Avropa futbol qurumuna göndərilmiş qərara verilən cavab artıq milli assosiasiyaya daxil olub.
Həmin sənədə əsasən, Azərbaycanı UEFA Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları təmsil edəcək.

Bu komandaların qitənin klub turnirlərində iştirakı ilə bağlı yekun qərar klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar