Azərbaycanın balaca Maradonası - FOTO

02 Martt 2021 14:29    11016 Baxış   
Azərbaycanın balaca Maradonası -  FOTO

Tağıyev Fərid İlqar oğlu. 2004-cü ildə Şəmkir rayonunun Düyərli kəndində dünyaya göz açan qəhrəmanımız beş yaşından futbola maraq göstərir.


Hələ ayağını yeni-yeni topa toxunduranda valideynləri övladlarının futbola olan sevgisini hiss etmişdi. Çünki balaca Fərid topla davranışında yaşıdlarından daha çox fərqlənirdi. Övladlarının bu istəyi və marağı təbii ki, valideyinlərinin sevincinə səbəb olurdu. Anlayırdılar ki, əyləncə kimi başlayan topa maraq topla olan oyunların, xüsusən də futbolun cəmiyyətdə daha çox sevilən idman növünə çevrilməsinin başlıca təməlidi.

Atası İlqar Tağıyev qardaş Türkiyənin sevilən futbol komandası olan “GALATASARAY”ın fanatik azerkeşlərindən biri olduğu üçün Fəridin bu sahədə inkişaf etməsində böyük rol oynayır.

Peşəkar futbolçuların yetişməsi üçün ilk şərt uşaqlarda futbola maraq və həvəs yaratmaqdı. Bu maraq və həvəs isə ailədən başlayır. Valideyn uşağını futbolçu görmək istəyirsə, ilk növbədə onda futbola maraq və həvəs yaratmağa çalışmalıdır. Bunun üçün onunla futbol haqda söhbətlər etməli, ona topla davranış bacarığı və vərdişləri aşılamalı, topla etdiyi hərəkətlərə görə tərifləməli və cəsarətləndirməli, arada televiziyada oyunlara övladı ilə birlikdə baxmalı, futbolun sirlərini və əsas qaydalarını uşağa öyrətməlidir. Topu atmaq, topa düzgün zərbə vurmaq və ötürmə etmək - öyrədiləsi ilk qaydalar arasında yer alır. Uşağa onun səviyyəsinə uyğun olan tapşırıqlar verilməli və onunla oyun oynanılmalıdı. Unutmaq olmaz ki, uşaq məşqlərdən zövq almalı və güvən qazanmalıdır. İlqar Tağıyev də övladı Fəridin ilk məşqiçisi, ilk müəllimi olur.



Qəhramanımız Fərid 13 yaşında artıq özünü uşaq futbol komandasında oynamağa hazır hiss edirdi. Elə bu istəklə ilk olaraq Şəmikir rayonun “Şəmkir futbol komandası”nın azyaşlılar qurupunda oynamağa başlayır. Bir neçə ay sonra isə Tovuz rayonun “Turan Tovuz” komandasında hücümçu kimi çox uğurlar qazanır. İki illik müqaviləsi dövründə Fərid yaşıdlarından çox fərqlənir. Müxtəlif komandalarla oyunda doqquz qola imza atır. 2015-ci ildə isə “Keşlə futbol Komandası” ilə üç illik müqavilə imzalayır. Qarşılaşdığı rəqib komandaların qapısına 12 qol atması Fəridi və məşqiçilərini çox sevindirir.

Yaşıdlarından fərqli olaraq Fəridin futbola böyük sevgisi var. Bütün gününü futbola həsr etməyə çalışması, evlərinin yaxınlığındakı kiçik meydançada saatlarla yorulmadan futbol oynaması onun futbola olan böyük sevgisinin göstəricisidir. O, bu yolda uğlarını davam etdirmək və dünyanın tanınmış komandalarına transfer almaq niyyətindədir. Bu yolda gənc qəhrəmanımıza uğurlar arzu edirik. İnanırıq ki, məqsədinə, arzusuna çatacaq, Azərbaycanı futbol sahəsində layiqincə təmsil etməyi bacaracaq.

Xanlar Əlibəy



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar