Azərbaycanın Dünya və Avropa çempionu Rüfət Gülaliyev vəfat edib.
Dominant.az-a R.Gülalıyevin yaxınlarının verdiyi məlumata görə, idmançı dünən gecə yatıb, oyanmayıb.
Həkimlər idmançının beyinə qan sızmadan vəfat etdiyini bildiriblər.
Qeyd edək ki, əslən Laçın rayonundan olan Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.
R.Gülalıyev ailəli idi, bir övladı qalıb.