ARB “Aranfilm” yaradıcılıq mərkəzi yeni filmin çəkilişlərinə başlayıb.
Dominant.az-a “Aranfilm”dən verilən məlumata görə, film Azərbaycan futbolunda futbolçu və məşqçi kimi imza atmış Əsgər Abdullayevə həsr olunub.
Karyerası boyu SSRİ dönəmində Neftçi komandasında mövqeyini heç kimə verməyən müdafiəçinin 60 illik yubileyidir. Milli yığmanın sükanı arxasında olarkən Serbiya ilə hər iki oyunda tarix yazan məşqçi çalışdırdığı klublarda da uğurlar qazanıb. Hazırda Naxçıvanın “Araz” komandasının baş məşqçisi kimi fəaliyyət göstərir.
Filmin çəkilişləri Bakı, Naxçıvan, Tovuz və Rustavi şəhərlərində olacaq.
Ssenari müəllifi və rejissor Aydan Əhmədova, operator Anar Seyidov, bədii rəhbər Tahir Tahiroviç, prodüser İqbal Məmmədəliyevdir.