"Azeri Light" bahalaşdı

13 Yanvar 2021 10:29    685 Baxış   
"Azeri Light" bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,15 ABŞ dolları və yaxud 2,07 % artıb.

Dominant.az zəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,82 ABŞ dolları təşkil edib.

“Brent” markalı neft isə ötən ilin 24 fevral tarixindən bu yana ilk dəfə 57 dollarlıq həddi keçib.

“Brent” markalı neftin mart fyuçersləri 0,88 faiz bahalaşaraq 57,08 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 0,79 faiz bahalaşaraq 53,66 ABŞ dollarından satılıb.

ABŞ-ın Energetika Nazirliyi “Brent” markalı neftin qiymətinə dair 2021-ci il üçün proqnozunu 48, 53 ABŞ dollardan 52,7 ABŞ dollaradək artırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar