Babəkin heykəlinin ucaldılması niyə gecikir? - AÇIQLAMA

12 İyun 2021 15:18    1222 Baxış   
Babəkin heykəlinin ucaldılması niyə gecikir? -  AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini açıqlayıb.

Dominant.az xəbər verir ki, Eldar Əzizov açıqlamasında bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.

“Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”, - deyə E. Əzizov bildirib.

(Apa)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar