“Bahar burada yaşayan ermənilər üçün yeni faciələrin qaranquşu olmağa hazırlaşır”

16 Martt 2021 12:34    6407 Baxış   
“Bahar burada yaşayan ermənilər üçün yeni faciələrin qaranquşu olmağa hazırlaşır”

Ermənistanda bayraqların savaşı

Üfüqdə Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Ora sərhəddir, yanbayan düzülmüş 4 əsgər çadırı, onların isə qarşısında gözləmə rejimində dayanmış URAL, yaxınlıqdakı digər şeylər açıq- aşkar buranın hərbi hissə olmasından xəbər verir.

Hər gün bəlkə də onlarla erməni dilli xəbər kanalları ştativini özgə torpağına dayayaraq, obyektivinə əsgərlərimizin görüntülərini qeyd edir....

Uçurumun yanından keçən təzə çəkilmiş asfalt yolla irəliləyən avtomobilin qənşərində blok-post görünür.
Güney Qafqazda son 300 ildir ki, qanad çalan "Qartal"ın göy, ağ və qırmızı triadasından yaranan simvolu ilk baxışdan buranın Rusiyanın hansısa sərhəd kədlərindən birisi olması təəssüratını doğurur.

Amma yox, bura bir müddət əvvəl Azərbaycan əsgərinin nəzarəti altına keçən Qafan - Gorus yolunun Ermənistan tərəfdən gələn hissəsidir. Az sonra maşın yeni quraşdırılmış ağ lövhəyə yaxınlaşır.
Üzərində Azərbaycanın xəritəsi həkk edilən lövhə təkcə bu torpaqların sahibinin kim olduğunu təsdiq etmir, 30 ildən artıq bir müddətdə separatçıların bədəndən kəsib götürdüyü ürəyə bənzəyən Qarabağa əbədi qovuşmanın da ifadəsi kimi təzahür edir.

Hündür qayaların başqa bir əzəməti var və ən ucada Azərbaycan bayrağı, ondan nisbətən kiçik qaya parçalarının başında isə müvafiq olaraq rus və erməni bayraqları dalğalanır....

Şurnux kənd icması soyuq havada təndir qurdurub, çoxillik şərablar süfrəyə düzülüb, samovarlar pıqqıldayır, sac üzərinə salınmış fətir, fəsəli və xəmirdən hazırlanan başqa -başqa təamlar, ağ çadırlarda əyləşən qocalar, gənclər, qadınlar, qaçdı-tutdu oynayan uşaqlar, ovurdlarını şişirdib, qara zurnanın naləsini göyə bülənd edən zurnaçı, yağlı əllərini dəfin pərdəsinə tənbəl-tənbəl yapışdıran şişman nağaraçı.

İlk baxışdan kimsə səsini çıxarmasa, bütün elementləri ilə, adət və ənənələri ilə, heç nə olmasa mətbəxi ilə buranı Azərbaycanın qərb rayonlarından biri hesab etmək olar, amma az sonra kənd icmasının ağsaqqalları danışmağa başlayır.
Cəmi iki və ya üç söz başa düşülür: "Aderbayqan" və ya "Azərbaycan".

Bura Şurnux kəndidir.
Üstünün cındırı tökülən, üz--başı saç - saqqallı kəndililərin gözlərindəki dərin iztirab, onların könlü xoş olsun deyə bu gün quraşdırılan teatr səhnəsi üz güldürməyə bəs etmir.

Siyasi çərənçiliyin unikal nümunəsini ortaya qoyan, amerikalı milyonçu, bahalı şərabını udumlayan siyasətçi, fraksiya sədri Raffi Hovanisyan "dərin mənalı" sözlərindən istifadə edərək, uzun -uzadı danışır. Amma heç bir halda erməni siyasi vitrininin xalqı bu hala salması haqda bir kəlmə belə danışmır.
Şurnuxda qar əriyir, az-maz halda quzey yamaclarda qalıb, yolboyunca ağaclar yaz havasında hazırlaşırmış kimi puçurlamağa can atır.

Amma Qışın bitməsi, Yazın gəlişi, bahar burada yaşayan ermənilər üçün yeni faciələrin qaranquşu olmağa hazırlaşır.

21 yanvarda SSRİ dövrünün sərhəd xərtəsinə istinad edən yeni ərazi demarkasiyası kəndin 12 evinin Azərbaycan tərəfə qaytarılmasına səbəb olub.
Şurnux camaatı iki yolla həyatda qala bilir: Ya heyvandarlıq, ya da əkinçilik.

Amma artıq örüş yerləri yoxdur, eləcə də yüz il boyunca torpağının bağrına xəncər sapladıqları Azərbaycanın hektarlarla əraziləri yoxdur.
Üstəgəl, Günəş Şərqdən doğduğu anlarda, sübh üfüqdə bayrağımızın rənglərini daha çox parlaq edir.
Bir erməni üçün bu həyatda Azərbaycan bayrağını görmək zülmündən betər heç nə ola bilməz.

Əziz Əlibəyli

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar