Bakıda evə silahlı basqın edilib - VİDEO

08 Oktyabr 2022 19:37    472 Baxış   
Bakıda evə silahlı basqın edilib -  VİDEO

Bakıda evə silahlı basqın edilib.

Dominant.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonunda eyni adlı qəsəbədə baş verib.


Zərərçəkmiş Lalə Dadaşova deyib ki, nəvələrini məktəbə yola saldıqdan sonra evdə tək olub. O, bir müddət sonra eyni həyətdə qalan qardaşının oğluna yemək verməyə gedib. Bu zaman evə iki nəfər basqın edib. Dediyinə görə, qadın ona bıçaqla hücum edərək pul tələb edib.

Lalə Dadaşova iddia edir ki, quldurluq etməkdə şübhəli bilinən qadın qapıdan yox, pəncərədən çıxaraq qaçıb. Sonra məlum olub ki, evdən 400 manat və 1ədəd mobil telefon oğurlanıb.

Qadının müraciətindən sonra ərazi üzrə polis bölməsinin əməkdaşları çox çəkməyib ki, bıçaqla evə basqın etməkdə şübhəli bilinən şəhər sakini Röya Həsənovanı saxlayıblar. Zərərçəkmişin telefonu qadının üzərində aşkar edilib, amma pul olmayıb.

Faktla bağlı bölmədə toplanan material Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar