"Bərdədə ölənlərin sayı 20-yə çatıb" - Hikmət Hacıyev

28 Oktyabr 2020 15:30    607 Baxış   
"Bərdədə ölənlərin sayı 20-yə çatıb" -  Hikmət Hacıyev

“Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: 20 nəfər həlak olub. Onların hamısı günahsız dinc sakinlər idi”.

Dominant.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Smerç” kasset raketləri istifadə olunub. “Human Right Watch” və “Amnesty International”ı Ermənistanın bu cür cinayətlərini yerindəcə incələməyə dəvət edirik”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar