"Borussiya", "Fiorentina", "Herta": məhşur Avropa klubları Mahir Emrelini hədəfləyir

17 Oktyabr 2021 11:10    708 Baxış   
"Borussiya", "Fiorentina", "Herta": məhşur Avropa klubları Mahir Emrelini hədəfləyir

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Avropa klublarının maraq dairəsinə düşüb.

Dominant.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər.

Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Skautların siyahısında Emreli ilə yanaşı, onun komanda yoldaşları Mayk Navrotski və Mateuş Veteskanın, həmçinin qonaqlardan Yakub Kaminski, Mikael İshak və Lyubomir Şatkanın da adları var.

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar