Cəbrayılda yanğın oldu - Əraziyə helikopter cəlb edildi - VİDEO

26 İyun 2021 17:50    913 Baxış   
Cəbrayılda yanğın oldu - Əraziyə helikopter cəlb edildi -  VİDEO

Cəbrayıl rayonunda yanğın hadisəsi olub.

Dominant.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayon ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar