Daha bir Tovuz şəhidi və ya Serb xəyanətinin növbəti qurbanı

31 Avqust 2020 13:43    657 Baxış   
Daha bir Tovuz şəhidi və ya  Serb xəyanətinin növbəti qurbanı
Xatırlayırsınızsa, Tovuz döyüşlərində istifadə olunan silahların Gürcüstan üzərindən daşınması iddiası gündəmdə idi. Gürcüstan hökuməti rəsmi şəkildə bunu təkzib etsə də, təkzibin gecikməsi və aşağı ranqlı məmurların dilindən deyilməsi şübhələri artırırdı.

Məhz onda ARB 24-də canlı yayımda da bildirmişdim ki, Rusiya Serb silahını Ermənistana ancaq 3 yolla ötürə bilər. Gürcüstan ali dövlət rəhbərliyinin birbaşa iştirakı ilə, çox gizli kamuflyaj olunmuş Gürcüstandan da gizlətməklə və Gürcüstan hakimiyyətindəki yüksək rütbəli adamları/məmurlar vasitəsi ilə. Birinci variant istisna olunurdu, çünki bu halda həm mövcud hakimiyyət risk altına düşür, həm də çox güclü və anti-Rusiya mövqeyi olan müxalifət iqtidara bu halda göz açmağa imkan verməzdi. 2-ci variant da istisnadır, çünki Gürcüstan sərhədi ABŞ və NATO-nun təchiz etdiyi modern avadanlıqlarla təchiz olunub, ordan maşın kolonnalarına sığacaq qədər silah-sursat heç kəsin xəbəri olmadan, gizli keçirmək həm mümkün deyil, həm də ki, çox böyük riskdir. Geriyə qalır gürcü hakimiyyətində təmsil olunan yüksək rütbəli, Rusiyaya xidmət edən və ya bağlı məmurlar. Birinci və üçüncü halın hansısa şəkildə kombinasiyası da istisna olunmur.

İndi isə bəlli olur ki, bu sirri Gürcüstanda Aşağı Soğanlıq (Kvemo Poniçala) sakini olan gənc və gözəl gürcü qızımız açıbmış. Və bu sirri açmağın cəzasını öz zərif bədəni ilə ödəyib. O, Tovuz döyüşlərinin növbəti şəhididir. Allah rəhmət eləsin.

Gürcüstan ictimaiyyəti və mediası, ümumi ölkə gündəmi bu xəbərlə çalxalanır. Qızın anası təhqiqata FTH-nin (FBI) də cəlb olunmasını, Gürcüstan və Türkiyə hökümətlərinin bu gənc qızı sahibsiz, meyitini ortada buraxmamasını istəyir. Bizə düşən aktiv şəkildə bu cinayət araşdırmasına daxil olmaq, istintaqın gedişində, Gürcüstan Azərbaycan qardaşlığına, dostluğuna mane olan, Tovuz şəhidlərimizin qanında əli olan o, 3 satqın məmurun ictimaiyyətə təqdim olunmasında və cəzalandırılmasında rol almaqdır. Bu işdə həm Gürcüstan ictimaiyyəti ilə, həm də Türkiyə xüsusi xidmət orqanları və FBİ ilə əməkdaşlıq edilməlidir. Bu cinayət örtülməlidir. Nə Tovuz şəhidlərimizin, nə də bu gənc gürcü qızımızın qanı yerdə qalmamalıdır. Əgər bu gənc qızımızın həqiqətən də bu cinayətin açılmasında misilsiz xidməti olubsa, ölümündən sonra, "Dostluq" ordeni və ya digər uyğun orden/medalla təltif edilməli, bütün hüquqi xərcləri, yaş mərasimi xərcləri və ailəsi himayəyə götürülməli, adına Tovuzda küçə verilməlidir.

Gürcüstanın vəzifəli şəxslərinin Rusiyadan gələn silahların Gürcüstan ərazisindən daşındığını təmin etməsi barədə sənəd və peyk görüntülərini yayınlayan gürcü xaker və proqramçı Tamar Baçeliaşvili maşınında ölü tapılıb. Avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ailə üzvləri Tbilisidə Baş Prokurorluğun binası qarşısında aksiya keçiriblər.

"NewsBureau" xəbər verir ki, qızın anası Teona Tamazaşvili peyk şəkillərinin dərc olunması və sui-qəsd dərəcəsinə çatdırma maddəsinin qəsdən adam öldürmə maddəsi ilə əvəzlənməsini tələb edib.

Aksiyada plakatların birində “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözləri yazılıb.

T.Tamazaşvili Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb: “Gürcüstan hökuməti üç yüksək vəzifəli məmurdan fayllar tələb etməlidir. Qızım təsadüfən onları açıb və silahla təminat sxemini deşifrə edib”.

Aksiyaçılar bildiriblər ki, tələb etdikləri sübutlar təqdim olunmasa, etirazlar siyasi forma alacaq.

T.Tamazaşvili aksiyaların davam etdiriləcəyini qeyd edib.

Xatırladaq ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkar olunub.

Turab Rzayev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar