Günay Ağamalı: " Zəlzələdən Əziyyət çəkən qardaşlarımıza dəstək üçün əlimizdən gələn hər şeyi edirik"

08 Fevral 2023 19:28    16936 Baxış   
Günay Ağamalı: " Zəlzələdən Əziyyət çəkən qardaşlarımıza dəstək üçün əlimizdən gələn hər şeyi edirik"

Azərbaycan - Türkiyə!

Biz gerçəkdən canımız can, qanımız qan olan qardaş ölkələrik.

Fəlakətdən əziyyət çəkən qardaş - bacılarımıza dəstək olmaq üçün minlərlə soydaşlarımız izdihamla özlərini yardıma yetirirlər. Biz bununla öz həmrəylimizi, qardaşlığımızı nümayiş etdiririk. Hər bir vətəndaş çatdırdığı yardımla həm də öz qəlbini, sevgisini və mərhəmətini göndərir.

Acısı acımız, sevinci sevinc olan qardaş Türkiyənin dövlətimizlə, xalqımızla yanındayıq.

Türk dünyası bundan da böyük çətinlikləri aşıb. Uca Yaradan bizi bu çətinlikdən tezliklə qurtaracaq.



Günay Ağamalı. Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri

08 Fevral 2023 - cü il


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar