Xalqın tələblərindən yaranan 30 illik qurtuluş - FOTO

20 Noyabr 2022 01:15    16440 Baxış   
Xalqın tələblərindən yaranan 30 illik qurtuluş -   FOTO
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edirik. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır.Bu uğuru cənab preziden, müzəffər Ali Baş Komandan uğurla davam etdirir.



90-cı illərdə ölkəmizdə olan xaosdan dönüb vətənimizin, ölkəmizin indiki qüdrətli dövrünə baxdıqda bizim nə qədər də şanslı olduğumuzu görürük. Əsrlərlə dövlət dilimiz, mədəniyyətimiz, azadlığımız, dinimiz, hətta düşüncəmiz belə idarə edilib. Müstəqillik əldə edən Azərbaycana yeni bir nəfəs, yeni bir ruh lazım idi. Əgər inkişaf etmək istəyirsənsə dəyişməlisən, dəyişmək üçün isə, yeniliyə ehtiyyac var.

Tərəddüd etmədən deyə bilərik ki, Yeni Azərbaycan Partiyası öz anlamını dövlətimizə, xalqımıza bəxş edərək artıq 30 ildir ki, hələ də öz yeniliyini qoruyur. Bir partiyanı güclü edən onun qurucusu və ən əsası, ideologiyasıdır. Əgər Azərbaycan deyəndə bizi tanıyan hər kəsin ağlına ulu öndərimiz Heydər Əliyev gəlirsə, onun ölkəmiz üçün cızdığı inkişaf xəritəsi, qurduğu partiya da göz önünə gəlir. Bəlkə də, dünyada çox nadir partiyalardan biridir ki, burada hədəf xalqının birliyini və inkişafını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbinin nəticəsi idi. Çünki, bir xaos içərisində olan cəmiyyət, heç kim tərəfindən tanınmayan bir dövlət, ölkəsinin xəzinə dolu torpaqlarının işğal edilməsi, hakimiyyətdə siyasətin nə olduğunu belə bilməyən insanların olduğu bir dönəm idi. Ölkəmiz, sanki keçid dövründə idi. Ya məhv olacağıq, ya da ki yeni Azərbaycan yaradacağıq. Heydər Əliyevin sözləri ilə desək: "Bu partiya Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənərək, ümumbəşəri dəyərlərdən bəhrələnərək ümumi xalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır". Dahi şəxsiyyət tarixi sınaqdan Azərbaycan xalqını məhz bu prinsiplər və qurduğu bir ideologiya ilə xilas etdi.

Əgər amalımız birlikdirsə bizi heç nə dayandıra bilməz. Heç də təsadüfi deyil ki, zəfərimizin təməlində ölkəsini, torpağını, bayrağını sevən milyonlarla insanın sevgisi durmuşdur. Bizə beş barmağı bir araya gətirib yumruq kimi olmağı da, liderimiz öyrətmişdi. "Bu bir milli çərçivədə olan partiya deyil. Millətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün Yeni Azərbaycan Partiyası, doğma partiyadır".- Heydər Əliyevin YAP haqqında söylədiyi bu cümlələr bu gün də, multikultural ölkə olan Azərbaycanın vahidliyinin, bütövlüyünün təməlidir. Hansını ki, Ali Baş Komandanımız, Qarabağ fatehi İlham Əliyev böyük əzmlə, ölkəmizin qalibiyyət dolu qələbələrini gözü götürməyən təşkilat və ölkələrə layiqli cavabını zamanında verərək öndərimizin təməlini qoyduğu yolu gedir.

Bir gənc olaraq Yeni Azərbaycan Partiyasının üzvü olmaqla ölkəmə, dövlətimə, xalqıma əlimdən gələn xidmətləri göstərməyə çalışıram. Çünki, vətən onu sevənlərindir, Azərbaycan onu qoruyanlarındır! Biz də, öz sevgimiz və dəstəyimiz ilə əmanətə sahib çıxmalıyıq. Necə ki, Heydər Əliyev partiyanın təməl prinsiplərində də hər zaman vurğulamışdı: "Partiyaya hər kəs öz könlü ilə, öz vicdanı ilə, öz qəlbi ilə gəlməlidir. Və hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat, üzərində qurulmuş bir partiyadır".

Bu ölkədə yaşayan bir gənc olaraq bizim borcumuz Azərbaycan adlı məmləkəti cənnətə çevirib onun bayrağını hər zaman başımız üstündə dalğalandırmaqdır. Bir vətəndaş kimi həm ölkə daxilində, həm də ölkə xaricində onun mənafelərinə dil uzadanların layiqli cavabını verməkdir. Ulu öndərin davamçısı olaraq vəzifəmiz dünya azərbaycanlılarının birliyini, harada yaşamalarından, bizə nə qədər uzaq və ya yaxın olmarından, hansı haqsızlıqlarla üzləşmələrindən asılı olmayaraq hər zaman onların haqq səsi olub yumruğumuzun, birliyimizin vahidliyini təmin etməkdir.


Elnurə Cəfərzadə, Yeni Azərbaycan Partiyasının üzvü


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar