Əlillər Futbol Federasiyasının prezidenti vəfat edib

07 İyun 2020 21:21    470 Baxış   
Əlillər Futbol Federasiyasının prezidenti vəfat edib
Azərbaycan idman ictimaiyyətinə itki üz verib.

Dominant.az xəbər verir ki, Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov bu gün vəfat edib. O, xərçəngdən əziyyət çəkirmiş.

9 oktyabr 1951-ci ildə Mingəçevirdə anadan olmuş Şaiq Həmidov 2018-ci ilin sonunadək Milli Paralimpiya Komitəsində vitse-prezident və baş katib vəzifələrində işləyib. Həmçinin o, son vaxtlaradək AFFA nümayəndəsi kimi Premyer Liqa oyunlarına təyinat alırdı.

Allah rəhmət eləsin!


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar