Erməni hərbçi əsgər yoldaşını güllələdi

09 Dekabr 2021 10:17    1594 Baxış   
Erməni hərbçi əsgər yoldaşını güllələdi

Ermənistan ordusunun hərbçisi əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Dominant.az Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yaralanan hərbçi 2003-cü il təvəllüdlü Senik Saakyandır.

İnsident dekabrın 8-i təqribən 23:50-də ölkənin cənub-şərq istiqamətində yerləşən hərbi hissələrin birində baş verib.

Yaralı hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar