Ermənilər Los-Ancelesdəki türk restoranına hücum ediblər - VİDEO

05 Noyabr 2020 21:17    171 Baxış   
Ermənilər Los-Ancelesdəki türk restoranına hücum ediblər -  VİDEO

Ermənilər ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills bölgəsində yerləşən türklərə məxsus “İstanbul” adlı restorana hücum ediblər.

Məlumatı Azərbaycanın Los-Ancelesdeki Konsulluğu yayıb.


Konsulluğun məlumatında deyilir:

“Beverli Hillsdəki türk restoranına qarşı erməni radikalların törətdiyi nifrət cinayətini qınayırıq. Bu cür mənfur zorakılıq aktı qarşısında şəhərin siyasi liderlərinin susması cinayətkarları daha da arxayınlaşdırır. Bu ilin iyul ayında Los-Ancelesdə Azərbaycan icmasının üzvləri hücuma məruz qaldıqda əksər liderlərin belə sükutunun şahidi olduq. Bütün siyasi liderləri bu dəhşətli cinayəti qətiyyətlə pisləməyə və türk və Azərbaycan icmalarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırırıq”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar