"Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, gərginlik xeyli müddət davam edəcək"

21 Fevral 2021 17:33    720 Baxış   
"Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, gərginlik xeyli müddət davam edəcək"

“44 günlük müharibədə Azərbaycanın qarşısında sarsıdıcı məğlubiyyətə uğrayaraq kapitulyasına aktına imza atan Ermənistanda daxili gərginlik siyasi xaosun dərinləşməsini şərtləndirir. Hakimiyyətlə müxalif qüvvələr arasında siyasi qarşıdurmanın növbəti raunduna start verilməsi Ermənistanın yeni kataklizmlərə sürükləndiyini göstərir”.


Bunu Dominant.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.



Onun sözlərinə görə, məğlub ölkədə ziddiyyətlər çoxşaxəli konfrantasiyadan qaynaqlanır: “Bu ölkədə böhran üç istiqaməti əhatə edir: hakimiyyətdaxili gərginlik, ictimai narazılıqların fonunda vətəndaş itaətsizliyi və müxalifətin hökumətə yönəlik siyasi pressinqi. Qəzəb oxlarının Paşinyana tuşlandığı hazırkı şəraitdə hakimiyyət-vətəndaş qarşıdurması vəziyyəti daha da mürəkkəbləşdirir. Əlbəttə, müharibə məğlubiyyəti ilə yanaşı, Paşinyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirən çoxsaylı səbəblər var. Bütün bunlar sosial gərginliyin artmasını və etirazların eskalasiyasını şərtləndirir. Hakimiyyət imitasiya xarakterli formal addımlarla manevrləri davam etdirməyə çalışsa da, Ermənistanda faktiki olaraq total tənəzzül hökm sürür. Eyni zamanda, hakimiyyətin repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərməsi yeni toqquşma motivləri yaradır. Bütün bunlar Ermənistanda hakimiyyət dəyişikliyinin olub-olmamasından asılı olmayaraq, gərginliyin xeyli müddət davam edəcəyini deməyə əsas verir”.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar