Ermənistanda Metsamor AES-in fəaliyyəti müvəqqəti dayandırılıb

15 May 2021 15:16    11917 Baxış   
Ermənistanda Metsamor AES-in fəaliyyəti müvəqqəti dayandırılıb

Ermənistanda Metsamor AES-in fəaliyyəti təmir məqsədi ilə 141 gün müddətinə dayandırılıb.

Dominant.az xəbər verir ki, bu barədə Ermənistan AES-in rəsmisi Artur Qriqoryan məlumat verib.

O qeyd edib ki, AES-in ikinci enerji blokunun modernləşdirilməsi istiqamətində son vacib işlər görüləcək və proses artıq bu gündən etibarən başlayıb.

AES-in modernləşdirilməsi istiqamətində işləri Dövlət Atom Enerji Korporasiyasının "Rosatom" elektrik bölməsi həyata keçirəcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar