Keçmiş icra başçısını sədr seçdilər - FOTOLAR

10:54    28 Baxış   
Keçmiş icra başçısını sədr seçdilər   - FOTOLAR

Sumqayıtın keçmiş icra başçısı Eldar İsmayılov yeni vəzifəyə seçilib.

Dominant.Az-ın əldə etdiyi məlumata görə, ötən gün Sumqayıt Şəhər Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İclasda Şəhər Ağsaqqallar Şurasına sədri vəzifəsinə Eldar İsmayılovun namiəzdliyi irəli sürülərək təsdiqlənib.

Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa vermişdi.

Qeyd edək ki, E.İsmayılov 1990-cı ildə Ali Sovetin deputatı olub. 1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999-2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub. 2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-Aparat rəhbəri postunu tutub.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar