Sürücülərin nəzərinə: Paytaxtın əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

22:39    25 Baxış   
Sürücülərin nəzərinə: Paytaxtın əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq.

Dominant.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin bir hissəsində (Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə) 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur" , - məlumatda qeyd olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar